"Övladlarınıza sevgi göstərməyi bacarmırsınızsa, onları dünyaya gətirməyin” Sosioloq

Cəmiyyət 10:55 06.06.2020

Ötən gün ADPU-nun Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi Günel Nağdıyevanın intiharı gündəm oldu. Nərimanov rayonunda yaşadığı binanın 18-ci mərtəbəsindən özünü atan tələbə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Sosial şəbəkədə tələbə yoldaşlarının yaydığı məlumatlara görə, intiharın səbəbi gənc qızın ailəsi tərəfindən istəmədiyi biri ilə evlənməyə məcbur edilməsi olub. Bundan əlavə, yüksək balla universitətə qəbul olan Günelin nümunəvi tələbə olduğu deyilir.

Sosioloq Zəminə Səfərova bununla bağlı “EDNews.net”ə açıqlama verib.

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsinin özünü 18-ci mərtəbədən ataraq intihar etməsi bütün Azərbaycan vətəndaşlarını məyus edib. Bu kimi intiharların qarşısının alınması yollarını axtarmaq-aramaq, kökündən öyrənmək çətin olsa da münasibət bildirməyimiz vacibdir. Dünən, bu gün, sabah belə davam edə bilməz. Buradan demək, danışmaq, fikir bildirmək asan ola bilər, lakin heç olmasa azalması üçün yollar tapmaq lazımdır. Valideynimi günahlandırasan, övladımı, cəmiyyətimi, demək çox çətindir”, deyə Z.Səfərova söyləyib.

Ekspert bildirib ki, hər ailənin öz xarakteri, öz tərbiyəsi, öz qanunları var: “Lakin bəzi ailələr də var ki, dövlətin qoyduğu qanunlardan xəbərsizdirlər və bəzən əhəmiyyət belə vermirlər. Əgər dövlətin bu kimi hadisələrdə günahkar kimi təqsirləndirilən şəxsə (əgər bu valideyn olsa belə) lazımi orqanlar tərəfindən sərt cəzalar qoyularsa bəlkə cüzi də olsa məsuliyyət hissi artar və belə intihar hadisələri azalar”, sosioloq vurğulayaraq qeyd edib.

Z.Səfərovanın sözlərinə görə, Günelin başına gələn hadisənin əsl səbəbi haqda az məlumat olduğuna görə günahın kimdə və hansı səbəbdən olduğunu demək çətindir: “Sosial şəbəkədə yayılan məlumatlara görə, gənc qızın ölümünə səbəb onun ailəsi tərəfindən istəmədiyi biri ilə evlənməyə məcbur edilməsi olub. Burada əlbəttə deyəcəyik ki, günah valideynlərindədir. Çünki əvvəla bu qızın hələ 21 yaşı var, ali məktəbi hələ bitirməyib, hələ cəmiyyət arasında, hardasa çalışmayıb, ictimaiyyətlə çox təmasda olmayıb, niyə belə tələsib istəmədiyi bir insana ərə verirsiniz? Əgər keçmişdə yaxşı baxılırdısa və yaxud kimisə zorla ərə veriblər, amma çox yarıyıb - bu cür düşünürsünüzsə bu çox səhf düşüncədir. Hansı bir məcburi işin, sevgisiz həyatın, istəksiz ailə qurmağın xöşbəxt sonluğu olub?”, deyə o əlavə edib.

Sosioloq hər bir faciənin kökündə ciddi bir səbəb durduğunu söyləyib: “Əgər intihar varsa, deməli ciddi səbəblər var. İntiharın səbəbləri depressiya, imkansızlıqdan, valideynlər arasında və ailədaxili münaqişələr, ixtilaf, immiqrasiya, psixi pozuntular, ümidsizlik, şiddətə meyllilik və düşünmə  pozuntuları ola bilər. Heç bir intihar haqda qərar ani verilmir. İntihara uzun yol gətirir. Görünür, Günel də çarəsiz qaldığını hiss edib, bu yolu asan bilib intihar edib. Son illər xüsusilə böyük şəhərlərdə insanların yaxınları, doğmaları ilə ünsiyyəti getdikcə məhdudlaşır. İnsanlar özünə qapanır, ailəsində, yaxınlarında gedən proseslərdən, problemlərdən xəbər tuta bilmir. Hansısa problem onu narahat edir, çıxış yolu tapa bilmir və intihar edir. Belə şəxslər psixoloji məsləhətxanalara, psixoloq, psixiatrlara müraciət etməlidir. Amma bizdə insanlar onlara müraciət etməyə maraqlı deyillər, ehtiyat edirlər”, deyə ekspert qeyd edib.

“Üzümü buradan valideynlərə tutub onu deyə bilərəm ki, övladları dünyaya gətirmək asan ola bilər, lakin onlara düzgün tərbiyə etmək, cəmiyyətə sağlam övlad yetişdirmək çoxmu çətindir Sizə? Əgər siz övladınıza diqqət yetirmirsinizsə, qayğı göstərə bilmirsinizsə, dayə tutub körpə vaxtından atıb işlə, əyləncələrlə məşğul olursunuzsa onda o övladı niyə dünyaya gətirirsiniz? Əgər övladlarınıza sevgi göstərməyi bacarmırsınızsa və onların da sevgisini qazanmırsınızsa onda onları heç dünyaya da gətirməyin”, deyə Z.Səfərova bildirib.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı