Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - FOTO | Eurasia Diary - ednews.net

21 Sentyabr, Bazar ertəsi


Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - FOTO

Cəmiyyət A- A A+

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

EDNews.net koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir.

Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan, 1,2 faizi Yuxarı Qarabağ, 0,03 faizi Naxçıvan qərarlaşıb.

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...