AzTU-da ilk dəfə onlayn “Məzun günü” keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


AzTU-da ilk dəfə onlayn “Məzun günü” keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə onlayn “Məzun günü” keçirilib.

EDNews.net xəbər verir ki, "Məzun günü" universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirakı ilə ZOOM proqramı üzərindən təşkil edilib. Əvvəlcə rektor Vilayət Vəliyevin videotəbriki nümayiş olunub. Dekanlar və professor-müəllim heyəti tələbələrə təbiklərini və arzularını çatdırıb.

Görüşdə tələbələrin “Məzun günü” münasibətilə hazırladıqları video da təqdim olunub.

Bildirilib ki, universitetin 19 əlaçı və fəal məzunu fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, bu il AzTU-nu 1643 tələbə bakalavr, 311 tələbə isə magistr dərəcəsi alaraq bitirir.

 

1

1

1

1

1

1

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...