Pandemiyada "Azərbaycan-İsrail Strateji Tərəfdaşlığı" adlı ilk konfrans keçirilib

Cəmiyyət 13:14 02.07.2020

Ötən gün "İsraildə Azərbaycan Evi"nin təşkilati dəstəyi, Azərbaycan-İsrail Dostluq Parlamentlərarası Komissiyasının rəhbəri, Azərbaycan Milli Məclisinin üzvü Anatoli Rafailovun təşəbbüsü və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun moderatorluğu ilə, koronavirus pandemiyası dövründə "Azərbaycan-İsrail Strateji Tərəfdaşlığı" adlı ilk onlayn konfrans keçirildi.

Konfransda Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Komissiyasının üzvləri, Milli Məclisin deputatları Anatoli Rafailov, Asim Mollazadə, Ramin Məmmədov və Şahin Seyidzadə, habelə İsrail Knessetinin deputatları - "İsrail bizim evimizdir" partiyasından Yevgeniy Sova və Yeş-Atid-Telem partiyasından Andrey Kozhinov, həmçinin Holon İnnovasiya İnstitutunun prezidenti professor Eduard Yakubov və İsrail Müdafiə Nazirinin keçmiş müavini Dr. Efraim Sneh iştiak ediblər.

"İsraildə Azərbaycan Evi"nin icraçı direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut konfransı açaraq Milli Məclis və İsrail Knesseti deputatlarının iştirakı ilə İsrail və Azərbaycan arasında bu səviyyədə ilk belə tədbir keçirildiyini qeyd etdi. "Beləliklə, biz bir tarix yazırıq - pandemiya zamanı onlayn konfrans keçiririk. İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan-İsrail münasibətləri müsbət dinamika ilə inkişaf edir, siyasi dialoq ən yüksək səviyyədədir və bu münasibətlər bu gün həqiqi strateji tərəfdaşlığı təmsil edir.

Azərbaycan-İsrail ticarət əməkdaşlığı inkişaf edir və təxminən 3,5 milyard dollar təşkil edir. Əvvəllər əsas diqqət neft və qaz sənayesinə yönəlmişdisə, hazırda iqtisadiyyatın digər seqmentləri, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki əməkdaşlıq sahələri də bura aiddir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir”, -deyə israilli ekspert vurğulayıb.

Xalq diplomatiyası sahəsində Azərbaycandan olan bir çox mühacirlər, həmçinin “İsraildə Azərbaycan Evi” aktiv fəaliyyət göstərir və respublikanı ləyaqətlə təmsil edir, İsrail cəmiyyətinə Azərbaycan, onun tarixi və mədəniyyəti, ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında bütün həqiqətləri çatdırır. Azərbaycan xalqının ağrısı yəhudi xalqının ağrısıdır və ya əksinə, buna görə də hər il Azərbaycanda Holokostun anım günü keçirilir və Xocalı soyqırımının qurbanları İsraildə yad edilir", Arye Qut deyib.

Azərbaycan-İsrail Dostluq Parlamentlərarası Komissiyasının rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailov bildirib ki, Azərbaycan-İsrail münasibətləri bir çox ölkələr üçün nümunədir. Azərbaycan Respublikası İslam dünyasında yəhudi xalqı və İsrail Dövləti ilə dostluq münasibətləri quran azsaylı ölkələrdən biridir.

"1998-ci ildə Baş nazir Benyamin Netanyahu Bakıya tarixi səfər etdi. Netanyahu, sonradan Heydər Əliyevlə görüşünü xatırlayaraq onun hafizəsində dünya miqyasında müdrik və güclü dövlət xadimi kimi iz buraxdığını demişdi. Netanyahunun Bakıya tarixi səfərindən sonra İsrail-Azərbaycan əlaqələri yüksək templə inkişaf etdi.

13 dekabr 2016-cı ildə Azərbaycana səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirildi, burada tərəflər iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardılar. Görüşdə Netanyahu Azərbaycan ilə İsrail, eləcə də Azərbaycan və Yəhudi xalqları arasında güclü münasibətlərin, yaxın dostluğun olduğunu qeyd etdi. Azərbaycanda yaşayan minlərlə yəhudinin iki xalq arasında körpü rolunu oynadığını söylədi.

2016-cı ilin aprel hadisələri bir daha sübut etdi ki, İsrail Azərbaycana siyasi, diplomatik və mənəvi dəstək verməklə yanaşı, çox vacib hərbi-texnoloji dəstək verir", - deyə millət vəkili Anatoli Rafailov vurğulayıb.

Azərbaycanlı millət vəkilinin sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərində insan amili də mühüm rol oynayır.

"Azərbaycanın Quba bölgəsində yerləşən Qırmızı Qəsəbədə yəhudi dini icması fəaliyyət göstərir və tezliklə yəhudi mənşəli xeyriyyəçi rus iş adamlarının, Qırmızı Qəsəbədən olan - Tanrı Nisanov, Zarah İliyev və Alman Zaxaryaevin təşəbbüsü və sponsorluğu ilə bərpa edilmiş "Yəhudi İrs Mərkəzi" – “Dağ Yəhudiləri Muzeyi” açılacaq. Bu, Azərbaycan üçün qürurverici haldır", Anatoli Rafailov qeyd edib.

Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Azərbaycanın İsraillə çoxtərəfli formatda əməkdaşlıq etdiyini qeyd etdi: “Azərbaycan və İsrail arasında münasibətlərin qurulmasında və inkişafında dost və tərəfdaş olmağımız mühüm amildir və yəhudilər və azərbaycanlılar arasındakı tarixi münasibətlər strateji əlaqələrin əsasını təşkil edir. Dost dövlətlər olaraq hər iki tərəf təhlükəsizlik, iqtisadiyyat, enerji, mədəniyyət və humanitar sahədə çox ciddi və hərtərəfli əməkdaşlıq edir. İsrail Azərbaycana və beynəlxalq münasibətlər sahəsində də mühüm dəstək verir".

Onlayn konfransda iştirak edən İsrail Müdafiə Nazirinin keçmiş müavini doktor Efraim Sneh konfrans iştirakçılarını salamladı və qeyd etdi ki, mərhum Ümummilli Lider, Prezident Heydər Əliyevlə 1993-cü ilin dekabr ayında ilk görüşü, sonrakı illərdə etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi səfərlərlə mövcud vəziyyəti müqayisə edib və iki dövlətin dostluğundan böyük məmnunluq hissi keçirdiyini söyləyib.

"Bununla belə, Azərbaycan-İsrail münasibətləri hərbi əməkdaşlıqdan kənara çıxmalıdır. Dostluğumuzu və əməkdaşlığımızı yalnız hərbi sahədəki tərəfdaşlıqla məhdudlaşdırmamalıyıq. Ölkələr arasında əməkdaşlıq yaxşı inkişaf edir. Ancaq məsələn, mədəniyyət sahəsində, akademik təsisatlar və texnoloji əməkdaşlıq səviyyəsində vətəndaş cəmiyyətlərinin əməkdaşlığını daha çox görmək istərdim. Bunun üçün geniş əməkdaşlıq platformamız var və bütün bunlardan istifadə etməyə borcluyuq", Dr. Efraim Sneh deyib.

Konfransda çıxış edən Yeş Atid-Telem partiyasından olan Knesset millət vəkili Andrey Kozhinov İsrail Dövləti ilə Azərbaycan arasındakı dostluq və çox etibarlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dünyanın bir çox ölkələri üçün ideal bir model olduğunu vurğuladı.

"Ən çətin dövrlərdə bu ölkələr həmişə bir yerdə olub, həmişə bir-birinə qarşılıqlı dəstək verirlər. Güclü əlaqələrin əsas səbəblərindən biri də körpü rolu oynayan insan amili - 2600 ildən çoxdur ki, azərbaycanlılarla Azərbaycanda yaşayan 25 minlik yəhudi icması arasında uzunsürən və yaxın qardaşlıqdır. "Və bu gün pandemiya dövründə İsrail və Azərbaycan bir-birlərinə kömək və dəstək verməyə davam edirlər. İsraildən bu yaxınlarda Azərbaycana müəyyən tibbi avadanlıqlar gətirilmişdir. Koronavirusun yayılma sürəti də bizimlə çox oxşardır və buna görə də bu sahədə bir-birimizlə qarşılıqlı əlaqə yaratmalıyıq", - deyə Knesset millət vəkili Andrey Kozhinov bildirib.

İsrail-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətindən bəhs edən Knessetin "İsrail - evimizdir" partiyasının üzvü Yevgeni Sova İsrailin Azərbaycanı Cənubi Qafqazda vacib strateji müttəfiq və bölgədəki vacib, fəal geosiyasi aktyor hesab etdiyini söylədi.

“Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə İsrail tərəfində Azərbaycan-İsrail strateji tərəfdaşlığının əsl memarlarından biri də Aviqdor Libermandır. Onun sayəsində İsrailin xarici siyasət konsepsiyasında Azərbaycan sadə bir postsovet ölkəsindən İsrail dövlətinin strateji tərəfdaşına çevrildi.

İsraildəki Azərbaycandan olan mühacirlərin icması ölkələrimizin strateji tərəfdaşlığında mühüm rol oynayır. İllərdir əsl dostluq körpüsü və İsrail-Azərbaycan strateji əməkdaşlıq və tərəfdaşlığının əsl media lobbiçisi olan dostum və qardaşım Arye Qutla uzun illərdir tanışıq. Bu cəmiyyətin Azərbaycanın tanıdılmasında nə qədər böyük rol oynadığını çox yaxşı bilirəm. İsraildə Azərbaycandan gələn mühacirlərin icması qədər vətəninə, tarixinə bağlı demək olar ki, başqa cəmiyyət yoxdur və onların hər biri qürurla bildirir ki, Azərbaycanda antisemitizm faktı olmayıb", - deyə millət vəkili Eugene Sova qeyd edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı