Ölkədə koronavirusa yoluxma sayının artmasının səbəbi nədir? - VİDEO | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


Ölkədə koronavirusa yoluxma sayının artmasının səbəbi nədir? - VİDEO

Cəmiyyət A- A A+

Ölkədə sərtləşdirilmiş karantin rejimi vaxtı koronavirusa yoluxma sayı kifayət qədər nəzarətdə saxlanılırdısa, yumşaldılmadan sonra əhali arasında məsələyə laqeyd yanaşma müşahidə olunub.

İnsanlar sanki virusun bir anda yox olduğunu düşünüb, ictimai yerlərdə maskasız gəzməyə başlayıb. Zərurət olmadan küçəyə çıxan şəxslər, sosial məsafəni saxlamayan insanlar nəinki özlərini, eləcə də digərlərinin həyatını riskə atmış oldular. Nəticədə vəziyyət mənfiyə doğru getdi və gündəlik yoluxma sayı 500-600 arasında dəyişir.

Hər birimiz ilk növbədə özlərinin və ailə üzvlərinin həyatlarını risk altında qoyaraq, koronavirusla mübarizə aparan qəhrəman həkimlərin əməyi qarşısında özümüzə sual verməliyik.

Pandemiya ilə mübarizədə mən nə etmişəm?

Bu sualın cavabı qaydalara və tələblərə düzgün əməl etməkdən keçir. Tələblər isə çox sadədir, əziyyət və xərc də tələb etmir - karantin rejiminə əməl etmək, sosial məsafəni gözləmək və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, yoluxmamaq və nəhayət yoluxdurmamaq.

Daha ətraflı Baku TV-nin süjetində:

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...