Bakı sakinləri marketlərə qaçaraq ərzaq almağa başlayıb. Ajiotaja səbəb isə karantin rejimi ilə bağlı yanlış anlaşma olub.
Beləliklə, şəhər sakinlərinin bir hissəsi elə başa düşüblər ki, bu gün gecə saatlarından komendant saatı tətbiq olunacaq və bütün mağazaların bağlanacaq.
Qeyd etmək lazımdır ki, Operativ Qərargah əvvəllər də oxşar məhdudiyyətlər tətbiq edib, lakin bu dəfə həftə sonlarına şamil olunmayıb.
Sosial şəbəkə istifadəçiləri marketlərdə alış-verişlə bağlı izdihamlı fotolar paylaşıblar.(virtualaz.org)