Sabaha gözlənilən hava proqnozu açıqlanıb | Eurasia Diary - ednews.net

11 Avqust, Çərşənbə axşamı


Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət A- A A+

Sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin EDNews.net-ə verdiyi məlumata görə, 13 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayım cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

13 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...