İordaniyada yaşayan Azərbaycanlılar: Ermənistan respublikasının silahlı qüvvələrinin 12 iyul, 2020 -ci il, Azərbaycanın Tovuz rayonunu atəşə tutmasını və bu təxribatın nəticəsində Azərbaycan ordusunun əsgər və hərbi qulluqçuların yaralanması və şəhid olması faktını kəskin şəkildə pisləyirik və hiddət və nifrət hissi ilə qarşılayırıq.
Bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təxribat etmişdir və bu davam edir.
Azərbaycan Respublikasının beynəlxalq miqyasda siyasət, iqtisadiyyat sahəsindəki uğurlarını həzm edə bilmədiklərinə görə xain əməllərini etməyə davam edirlər.
Prezident İ.Əliyev çıxışında qeyd etdiyi kimi, düşmən qüvvələri layiqli cavablarını almışlar və hər zaman alacaqlar. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.