Şəhid polkovnikin oğlu: - “Atamla fəxr edirəm” - VİDEO | Eurasia Diary - ednews.net

9 Avqust,


Şəhid polkovnikin oğlu: - “Atamla fəxr edirəm” - VİDEO

Cəmiyyət A- A A+
Ötən gün Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib. Onun nəşi paytaxtın Xətai rayonunda yerləşən ata ocağına aparılıb. Şəhidimizin cənazəsi böyük coşqu ilə qarşılanıb.

EDNews.net xəbər verir ki, ''Xəzər Xəbər''ə müsahibə verən şəhid komandirin oğlu atası ilə fəxr etdiyini və onun yolu ilə gedəcəyini deyib.

“Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də fəxr edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”.

Bu gün polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, artilleriya komadiri İlqar Mirzəyev iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olub.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...