“Hazırda mediamızın beynəlxalq cameəni ətraflı məlumatlandırması olduqca önəmlidir”

Umud Rəhimoğlu: “Bu istiqamətdə görməli olduğumuz çox iş var”

Cəmiyyət 15:37 14.07.2020

Dünən günorta saatlarından etibarən işğalçı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlar səbəbi ilə baş verən əməliyaytlar davam edir.

Maraqlıdır, Azərbaycan mediası son bir gün, günyarımlıq qarşıdurmalar fonunda öz fəaliyyətini lazımi səviyyədə qura bilibmi? İstər cəmiyyətin operativ şəkildə məlumatlandırılması, istər rəsmi xəbərlərə istinad, istərsə də düşmən dezinformasiyaların ifşası baxımından medianın fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?

Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu məsələ ilə bağlı bəzi nüasnlara toxunub:

“Təbii ki, istər media, xüsusilə də internet mediası, istərsə də sosial şəbəkələrdəki stuasiyanı ciddi şəkildə dəyərləndirmək lazımdır. Ehtiyatsız bir informasiya problemə səbəb ola bilər. Son günyarımlıq bir müddətdə medianın fəaliyyətini bu və digər baxımdan dəyərləndirmək çox çətindir.

Bu gün bütün Azərbaycan xalqı qələbə müjdəsini gözləyir. 30 ildir ki, biz bu xəbəri gözləyirik. 30 ildir ki, bizim qəlbimiz bu arzu, bu istəklə döyünür. Bilirəm ki, xalqımız qisas məqamı gələndə qalan bütün məsələləri bir kənara qoya bilir. Mən uğur qazanacağımıza inanır, həm ordumuza, həm dövlətimizə, həm də Azərbaycan insanına güvənirəm.

Baxın, niyə Ermənistan Tovuzu, sərhədyanı əraziləri seçib? Məqsəd Azərbaycanı KTMT ilə üz-üzə qoymaqdır. Lakin düşmən unudur ki, nə Azərbaycan ordusu, nə də Azərbaycan xalqı bu qədər sadəlövh deyil ki, belə təxribatlara getsin. Biz torpaqlarımızı azad edəcəyik.

Baş verən olaylar Ermənistan üçün ciddi dərs olmalıdır. Onlar anlamalıdırlar ki, artıq Qarabağ probleminin həlli vaxtı yetişib. Onlar rədd olub birdəfəlik torpaqlarımızdan getməlidirlər.

Mediamız öz fəaliyyətini ölkə xaricində də aktivləşdirməlidir. Bu gün beynəlxalq media qurumları bütün diqqətini Qafqaza, regionda baş verən proseslərə yönəldib. Çalışmalıyıq ki, beynəlxalq camiyənin doğru-dürüst məlumatlandıraq. Bu işdə bizim görəcəyimiz işlər çoxdur.

Mən şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm. Allah Azərbaycan əsgərinə yar olsun”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı