Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat - Saxlanılanlar var | Eurasia Diary - ednews.net

7 Avqust, Cümə


Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat - Saxlanılanlar var

Cəmiyyət A- A A+

Bəzi saytlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb. 

Bildirilib ki, icra hakimiyyəti əməkdaşları rüşvət aldıqları üçün saxlanılıb.

Zərdab Rayon İcra Hakimiyyəti yayılan məlumatlara münasibət bildirib.

EDNews.net Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında baş verib:

“İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.

Onların nəyə görə saxlanılması barədə bizdə məlumat yoxdur. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov dindirildikdən sonra sərbəst buraxılıb”.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...