Dünya ictimaiyyəti “erməniliyin” əsl mahiyyəti ilə üzləşəcəkdir – Elvin Talışınski

Cəmiyyət 08:55 06.08.2020
Artıq illərdir ki, Ermənistan işğalçılıq siyasətini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətini davam etdirir. Müasir beynəlxalq hüquq BMT Nizamnaməsi ilə müəyyən edilmiş sistemə əsaslanaraq, birmənalı şəkildə güc tətbiq etməklə dövlət sərhədlərinin pozulmasına qarşı çıxır. Buna görə də mövcud beynəlxalq sistem vacib şəkildə beynəlxalq hüququn prinsiplərinə uyğun tənzimlənməlidir. Yəni, beynəlxalq hüquq normalarının hər hansı bir dövlət tərəfindən pozulması və ya hər hansı bir məsələdə ikili standartların yaradılması ardınca mənfi və qanlı presedentlər doğurur.
 
Uzun illər boyu ABŞ, Qərb dövlətləri Azərbaycana qarşı ikili standartlardan çıxış edərək açıq erməni təcavüzkarlığına biganə yanaşmış və işğal olunmuş Dağlıq Qarabağ ərazisində törədilən insani keyfiyyətlərdən uzaq hərəkətlərə göz yummuşlar. Baxmayaraq ki, bu gün Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və əzmkarlığı nəticəsində bir çox beynəlxalq təşkilatlar Ermənistan Respublikasının təcavüzkarlığını qəbul etmiş və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələbi ilə çıxış etmişlər. Lakin, heç kimə sirr olmayan ikili standartların mövcud olması səbəbindən beynəlxalq hüquq normalarının heç birinə əməl etməyən, nüfuzlu beynəlxalq qurumların qətnamələrinə saymazcasına yanaşan Ermənistanla bu gün hələ də diplomatik münasibətlər qurulur.
 
Məsələn, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri (822, 853, 874 və 884) Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi ilə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığından və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq etmişdir. Bu qətnamələr, eyni zamanda, Azərbaycan ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Xatırladaq ki, Ermənistan bu günədək qətnamələrin heç birini yerinə yetirməmişdir.
 
Buna səbəb isə erməni lobbisinin Amerikanın Cənubi Qafqazdakı siyasətinə maddi və siyasi baxımdan maneə törətməsi faktıdır ki, bunu bir çox yerli rəsmilər və keçmiş administrasiyanın siyasətçiləri dəfələrlə açıqlamışdır. Eyni vəziyyət Rusiya və digər dövlətlərdə də mövcuddur ki, burada təcavüzkar dövlətin nümayəndələrinə qarşı münasibət göz qabağındadır. Buna şərait yaradan isə ermənispərəst siyasətçilərdir. Özlərini demokratiya və insan hüquqlarının müdafiəsi sahəsində carçı elan edən iri dövlətlər və onların nümayəndələri isə nədənsə özünə terrorçuluq, separatçılıq, işğalçılıq siyasətini rəhbər seçən Ermənistana qarşı heç bir tədbir görməyərək Azərbaycanın daxili işlərinə müdaxilə etməklə kifayətlənirlər.
 
Azərbaycan xalqının hər bir nümayəndəsi milli-mənəvi dəyərləri ilə zəngin, yüksək istedada və intellektə, güclü təhlil və dərketmə qabiliyyətinə malikdir, qonaqpərvər və sülhsevərdir. Azərbaycan dövləti bütün dövlətlərlə olduqca mehriban və dostluq münasibətlərinə sahibdir. Bizim ermənilərdən fərqli olaraq heç bir dövlətin ərazisində gözümüz, işğalçılıq siyasətimiz, faşizm, qəddarlıq, vəhşilik əlamətlərini özündə daşıyan əsgərimiz, ASALA kimi dünyada adla tanınan terrorçu qrupumuz olmayıb.
 
Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcəkdir və bu gün Ermənistanı hər hansı bir yolla qorumağa çalışan ermənipərəst dövlətlər özləri tutduqları işdən peşman olacaqlar.
 
Elvin Talışınski – Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru
 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı