Qənirə Paşayeva aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırıb

Cəmiyyət 10:14 06.08.2020

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə Tovuz istiqamətində baş verən hadisələr barədə danışıb və aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırıb.

EDNews.net-in məlumatına görə, Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib. Q.Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: “Tovuz rayonu istiqamətində iyul ayında işğalçı Ermənistanın hücumları, təxribatları və dövlətimizin verdiyi layiqli cavab barədə fikirlərimi söyləmək istəyirəm. Sözlərimə Ali Baş Komandanımıza təşəkkürlə başlamaq istəyirəm. Çünki Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistan öz layiqli cavabını aldı. Eyni zamanda birinci vitse prezidentimiz Mehriban xanıma da təşəkkür etmək istəyirəm. Çünki bu günlər ərzində rayondakı insanlarımızın vəziyyəti daima diqqət altında saxlanıldı və təbii ki, bu da çox yüksək qiymətləndirilməlidir. Hörmətli Sahibə xanım başda olmaqla parlamentimizə də təşəkkür edirəm. Çünki siz də daima vəziyyətlə maraqlanırdınız. Millət vəkili həmkarlarımız gəlib Tovuzda oldular. Bu da insanlarımız arasında yüksək qiymətləndirildi. Ölkəmizdə və ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılara təşəkkür edirəm ki, bu çətin məqamlarda daima dövlətimizin yanında oldular, Ali Baş Komandanımızın ətrafında birləşdilər. Qəhrəman şəhidlərimizin, onların ailələrinin qarşısında baş əyirik. Yaralı hərbiçilərimizə, əsgərlərimizə Allahdan şəfa diləyirik və inanırıq ki, müalicələrini yüksək səviyyədə başa çatdırıb ailələrinin yanına qayıdacaqlar. Cənab Prezidentimiz Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın mülki əhaliyə, onların evlərinə, əmlaklarına vurduqları zərərlərin aradan qaldırılması istiqamətində sərəncam imzaladı. Həmin istiqamətdə işlər sürətlə davam etdirilir ki, bu da ön cəbhədə insanlarımız arasında yüksək dəyərləndirilir. Ön cəbhə kəndlərində yaşayan insanlarımızın da qarşısında baş əyirik. Ən çətin zamanlarda belə onlar öz evlərini tərk etmədilər, Ali Baş Komandanımıza, ordumuza inanırıq deyərək düşmənə layiqli cavab verdilər.”

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda əhalinin su probleminin aradan qaldırılması istiqamətində Zəyəmçay su anbarının tikilməsinə dair sərəncamla bağlı cənab Prezidentə təşəkkürünü bildirib. Millət vəkili deyib ki, cənab Prezidentin sərəncamı ilə yeni tikiləcək su anbarları arasında Zəyəmçay su anbarı da var ki, bu layihə Tovuz, Şəmkir rayonlarında kənd təsərrüfatı ilə məşğul olan insanlarımız üçün çox önəmlidir.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirə olunan layihə ilə bağlı təkliflərini də səsləndirib: “Sözügedən layihədə bəzi qruplara diqqət etmək lazımdır. Mən də kənd rayonunu təmsil edən millət vəkili olaraq deyə bilərəm ki, pay torpağı olan insanların məşğul sayılması yanaşmasına təkrar baxmalıyıq. Əgər bir insanın 10 sot torpaq sahəsi varsa onun 1 hektar torpaq sahəsinə malik insanla eyni statusda məşğul sayılması məsələsi doğru yanaşma deyil. Mən düşünürəm ki, az pay torpağına sahib insanlarımıza qarşı yanaşmanın dəyişməsinə ehtiyac var ki, onlar digər proqramlardan yararlana bilsinlər. İkinci bir kateqoriya həyat yoldaşını itirmiş, dağılmış ailələrdəki xanımlarımızdır. Bu gün ən ciddi problemlərimizdən biri həmin qadınların alimentlə bağlı üzləşdiyi problemlərdir. Özünüməşğulluq proqramlarında həmin qadınların məsələsinə daha da çox diqqət yetirmək lazımdır. Son olaraq seçicilərin adından demək istəyirəm ki, iyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir”.(modern)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı