Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? Deputat DANIŞDI

Cəmiyyət 11:57 07.08.2020

“COVİD-19 pandemiyası ilə bağlı testlərin qiyməti haqqında bəzi həmkarlarımın dünən səsləndirdiyi fikirlərə aydınlıq gətirmək istərdim. Azərbaycan COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Bu, məhz dövlət başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub. Azərbaycanda bütün testlər pulsuz aparılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib. O qeyd edib ki, dünya təcrübəsinə görə, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir:

“Ölkəmizdə də simptomları olan və müxtəlif risk qruplarına aid insanların analizləri dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir. Şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik”.

Deputat qeyd edib ki, indiyə qədər aparılan testlərin sayı 760 mindən yuxarıdır:

“Ölkəmizdə gündəlik 10 minə qədər test keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır. Sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik. Koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir. Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”.(modern.az)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı