Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi ilə uzunmüddətdir əməkdaşlıq edən beynəlxalq məsələlər üzrə ekspert, tanınmış siyasi analitik Malik Əyub Sumbal Azərbaycan Dövlət Televiziyasının “Hədəf” verilişinə müsahibə verib.
Ekspert münaqişə zolağına səfər etdiyini və Ermənistanın işğalçı siyasətinin şahidi olduğunu qeyd edib.
O, dünya mətbuatının və beynəlxalq güclərin Qarabağ məsələsində daha da obyektiv olacağına ümid etdiyini bildirib. Malik Əyub Sumbal xarici ölkələrdə azərbaycanlılara qarşı edilmiş vəhşiliklərdən də söhbət açıb.
EDNews.net həmin video müsahibəni təqdim edir: