AzTU ilə Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında anlaşma memorandumu imzalandı - FOTOLAR | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


AzTU ilə Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında anlaşma memorandumu imzalandı - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və mərkəzin direktoru Rəşad Xanlarov imzalayıb. Sənədə əsasən, tərəflər müxtəlif ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığının təşkili, AzTU-nun mütəxəssislərinin mərkəzdə tədris prosesinə cəlb edilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.

İmzalanmadan sonra mərkəzin rəhbərliyi AzTU-nun müxtəlif laboratoriyalarının və kitabxanasının fəaliyyəti ilə tanış olub, Milli Qəhrəmanlar muzeyini ziyarət edib. 

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM-də 9 ixtisas üzrə tədris aparılır. Mərkəz 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir. Cari ildən  mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər ali məktəblərdə təhsil almaq imkanı əldə edir.

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...