Əlcəzairin Azərbaycandakı səfiri Umud Mirzəyevlə görüşdü

Cəmiyyət 10:45 25.09.2020

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri Səlimə Abdelhaq Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib və Fondun prezidenti Umud Mirzəyev ilə görüşüb. Görüş zamanı BAMF prezidenti təşkilatın missiyası və fəaliyyəti, tərəfdaşları və sosial, humanitar, infrastruktur layihələri haqda məlumat verib.

Eyni zamanda, o, 1992-ci ildə əsası qoyulandan etibarən təşkilatın həm Cenevrə, həm də Nyu-Yorkda beynəlxalq və regional səviyyədə töhvə verməsinə imkan yaradan BMT ECOSOC yanında Əsas məşvərətçi statusu alana qədər keçdiyi fəaliyyət yolunu izah edib.

Tərəflər iki ölkənin media və vətəndaş cəmiyyəti təşkilatları arasında mümkün əməkdaşlığı müzakirə ediblər və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar. U. Mirzəyev səfirə Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlılar, habelə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayondakı mövcud vəziyyət barədə məlumat verib.

Səlimə Abdelhaq Azərbaycan və onun xalqı barədə müsbət təəssüratlarından danışıb. Əlcəzair Respublikasının bütün münaqişələrdə beynəlxalq qanunvericilik və hüququn tətbiqini dəstəklədiyini söyləyib. O, Əlcəzairin müstəqillik əldə edəndən bəri regional və beynəlxalq ümumi siyasi yanaşmasında sülhü əsas dəyər kimi seçdiyini xatırladıb. Əlcəzair Afrikada və Ərəb dünyasında göstərdiyi səylərin  böyük bir hissəsini insanları bir araya gətirən və münaqişə riskini önləyən amil kimi mübahisələrin sülh yolu ilə həlli, vasitəçilik və əməkdaşlıq ilə barışığın təşviqi naminə sərf edib.

O, Əlcəzairin Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü açıq şəkildə tanıyan və işğal olunmuş ərazilərin azad edilməsinə çağıran qətnamələri əsasında həll edilməsini dəstəklədiyini bildirib. O, Əlcəzairdə Dağlıq Qarabağ münaqişəsi barədə vətəndaş cəmiyyəti səviyyəsində məlumatın olmadığını etiraf edib. Buna görə də Əlcəzairdəki medianın və ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılmasında qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.

O, həmçinin Əlcəzairin digər münaqişələrlə əlaqədar mövqeyinə toxunub:

"Əlcəzair Liviyada bitməyən müharibəyə yol açan silahlanma əvəzinə dialoqun tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Qərbi Saxara ilə əlaqədar olaraq mən demək istəyirəm ki, Qərbi Saxara əraziləri Birləşmiş Millətlər Təşkilatının nəzarətsiz ərazilər siyahısında yer alıb və BMT-də dekolonizasiya məsələsi kimi baxılır. Danışıqlar prosesi BMT-nin nəzarətindədir. Qonşu ölkələr kimi Əlcəzair və Mavritaniya da danışıqlar prosesində müşahidəçi olaraq iştirak edirlər ".

Sonda Səlimə Abdelhaqa BAMF tərəfindən hazırlanmış və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi vandalizm aktlarını əks etdirən qısa videoçarx və plakatlar təqdim edilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı