Tanınmış diktor Sabir Ələsgərov vəfat edib | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Tanınmış diktor Sabir Ələsgərov vəfat edib

Cəmiyyət A- A A+
Azərbaycanın Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.
 
Eurasia Diary xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Xalq artisti 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri, daha sonra “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә digər verilişlәrin aparıcısı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...