23 noyabr tarixində "Azərbaycan Gənclərinə Dəstək Proqramı" (AYAP) çərçivəsində Tərtərin Əskipara kəndi və Şıxarx qəsəbəsində gənclərlə və yeniyetmələrlə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər aparılıb.
Eurasia Diary xəbər verir ki, tədbir Azərbaycan Gənclərinə Dəstək Proqramının koordinatoru Fariz Vəliyev, layihə heyətinin üzvü Firuz Cabbarlı, ANAMA-nın əməkdaşı Vasif Əliyevin iştirakı ilə keçirilib.
Tədbirin əsas məqsədi gənclərə, azyaşlı uşaqlara və digər yaş kateqoriyasından olan şəxslərə hər hansısa təhlükəli cisim və ya sürsatlar gördükdə əl vurmamalı və dərhal 102 və ya 112 qaynar zəng vurmalı olduqlarının izah edilməsi olub.
Qeyd edək ki, Şıxarx qəsəbəsi və Əskipara kəndi Tərtərin erməni silahlı birləşmələri tərəfindən ən çox hücuma məruz qalan yaşayış məntəqələridir.