Şəhidlər Xiyabanında 20 Yanvarla bağlı hazırlıq işləri başlanılıb | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Şəhidlər Xiyabanında 20 Yanvarla bağlı hazırlıq işləri başlanılıb

Cəmiyyət A- A A+

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağaclar budanır, qazon örtüyü yenilənir, yeni güllər əkilir, səkilər və bütün ərazi yuyulur.

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft- dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...