FHN: - Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var - VİDEO | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


FHN: - Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var - VİDEO

Cəmiyyət A- A A+

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov APA-ya açıqlamasında bildirib ki, hadisə yerinə 228 nəfər xüsusi tipli xilasetmə xidmətinin şəxsi heyəti, 19 texnika, 4 xüsusi təlim görmüş it cəlb olunub: “Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti dağıntı baş ərazidə xidmətini davam etdiriir”.

Sektor müdiri qeyd edib ki, dağıntılar altında qalanların olduğu ehtimal olunduğundan axtarışlar davam etdiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...