AMEA-nın Tarix İnstitutuna direktor seçilib | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


AMEA-nın Tarix İnstitutuna direktor seçilib

Cəmiyyət A- A A+

Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının iclası keçirilib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, iclasda tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov səsvermə yolu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru seçilib.

İclasda seçkinin nəticələrinin təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması barədə də qərar qəbul olunub. 

Qeyd edək ki, bir müddət əvvəl Yaqub Mahmudov Tarix İnstitutunun baş direktoru vəzifəsindən azad edilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...