Bakıda qanunsuz beynəlxalq pul köçürmələri ilə məşğul olan şəxs həbs edilib

Cəmiyyət 16:04 28.01.2021

Ölkəmizdəki azad və rəqabətli biznes mühitindən sui-istifadə edən kölgə iqtisadiyyatı subyektləri və valyuta möhtəkirlərinin qanunsuz əməllərinə qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Eurasia Diary-yə verilən məlumata görə, Hüseynov Şahüseyn Qurban oğlunun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan, beynəlxalq pul köçürmələri və sair qanunsuz maliyyə əməliyyatları ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Şahüseyn Hüseynovun 2017-ci ildən etibarən Bakı şəhəri ərazisində icarəyə götürdüyü ofisdə faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq pul vəsaitlərinin müəyyən faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə verilməsi üzrə xidmət göstərilməsindən ibarət sahibkarlıq fəaliyyəti göstərməsinə, xarici dövlətlərdə yaşayan şəxslərlə qabaqcadan əlbir olaraq, ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini xarici dövlətlərə və əksinə istiqamətdə göndərməsinə və bu yolla ümumilikdə xüsusilə külli miqdarda pul vəsaitini gəlir qismində əldə etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Şahüseyn Hüseynovun icarəyə götürdüyü ofisdə, o cümlədən yaşayış və digər aidiyyəti ünvanlarda aparılan axtarışlar zamanı 248 min ABŞ dolları və 1.450 manat məbləğində pul əskinasları, pul vəsaitlərinin köçürülməsinə dair qara mühasibatlıq sənədləri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlarla Şahüseyn Hüseynov Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə törədilən qanunsuz sahibkarlıq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Şahüseyn Hüseynovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, valyuta mübadiləsi ilə bağlı maxinasiyalarda iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı