Ölən və yoluxanların sayı yenə artdı - Statistika | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Ölən və yoluxanların sayı yenə artdı - Statistika

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Eurasia Diary-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib, aktiv xəstə sayı 2 297 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908, ötən müddət ərzində isə ümumilikdə 2 583 362 test aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...