Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib

Cəmiyyət 21:08 01.03.2021

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.

Təşkilatdan bildiriblər ki, Veteran hərəkatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, onların bilik və bacarıqlarından, potensialından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib.

Görüşdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova Vətən müharibəsinin Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq-ədalət uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.

Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnıaçıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı ilə seçilib. İkinci Dünya müharibəsində 600 mindən çox azərbaycanlı döyüşüb, dünyanın faşizm bəlasından azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar.

Təşkilatın sədri, həmçinin Vətən müharibəsindən sonra başlamış və əzmlə davam etdirilən quruculuq işlərinin respublikamızın iqtisadiyyatına və hərbi potensiallının daha da yüksəlməsinə səbəb olacağını deyib. Müzəffər Azərbaycan Ordusunun hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik bildirilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verib. O diqqətə çatdırıb ki, Vətən müharibəsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olub. Qırx dörd gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlətimizin başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edilib.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadılması, onların ailələrinin maddi durumun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı fərman və sərəncamların, ayrı-ayrı dövlət qurumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlərin Vətən müharibəsi iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş etdirən hər bir kəsin unudulmayacağına əyani sübut olduğunu söyləyib.

C.Xəlilov veteranın, qazinin bundan sonrada vətən üçün xidmət edəcəyinə, ürəklərinin onunla birgə döyünəcəyinə inamının sonsuz olduğunu bildirib. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçısının təcrübəsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Vətən müharibəsinin iştirakçısı, çavuş Elçin Əhmədov çıxışında qəhrəmanlıq tariximizin bir hissəsi olmaqdan qürurla danışıb. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azadlığı və qələbə olduğunu diqqətə çatdırıb. O, əminliklə bildirib ki, bundan sonra da dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcək. E.Əhmədov deyib: “Müharibə iştirakçısının, veteranın, qazinin savaşdan sonra da tək amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası, istərsə də digər sahələrdə “dəmir yumruğ”umuz getdiyimiz yolları işıqlandıracaq, vətən, millət təəssübkeşliyimiz gücümüzə güc qatacaq. Hər birimiz veteran, qazi adını fəxrlə daşıyacaq, ölümləri ilə ölümsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”.

Digər çıxış edənlər də Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərinə, üzərilərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik bildiriblər.

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
Hamısı