Küveyt qəzetində Qarabağdan didərgin düşmüş azərbaycanlılarla bağlı məlumat dərc edılıb

Cəmiyyət 10:37 19.04.2021

Küveytin gündəlik “Kuwait Times” qəzetində dünyanın aparıcı media qurumlarından olan “FrancePress” informasiya agentliyinə (AFP) istinadən Qarabağ və ətraf rayonlardan Ermənistanın işğalı nəticəsində məcburi köçkün düşmüş insanların keçdikləri çətin həyat və onların bu illər ərzində öz doğma torpaqlarına qayıtmaq həsrətləri ilə yaşadıqları və nəhayət işğal olunmuş torpaqların azad edilməsindən sonra onların öz evlərinə qayıtmaq şansının yarandığı barədə məlumat dərc olunub.

Məlumatda Zəngilan rayonundan köçkün düşən Rəmziyə Şərifovanın birinci Qarabağ müharibəsi zamanı 8 nəfərlik ailə üzvü ilə birlikdə çaydan keçərək İrana qaçmağa məcbur olduqları və daha sonra Bakı şəhərində məskunlaşaraq, çətin həyat keçirmələri təsvir olunub. Qeyd edilib ki, təxminən 30 il sonra nəhayət onlar evlərinə qayıtmağı planlaşdırırlar. 47 yaşlı kitabxana işçisi 1990-cı illərin əvvəllərində Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağ bölgəsindən və ətrafdakı bir neçə rayondan qaçan 750.000 azərbaycanlıdan biridir.

Bundan əlavə məqalədə işğaldan öncə əsasən azərbaycanlıların yaşadığı Kəlbəcər rayonunun sakini, Qaçqınlar və Məcburi köçkünlər üzrə Dövlət Komitəsində dövlət qulluqçusu olaraq çalışan 41 yaşlı Ramil Hüseynovun öz dədə-baba torpağına qayıtmaq arzusu, Azərbycanın mədəniyyət beşiyi Şuşa şəhərindən 30 il əvvəl qaçmazdan əvvəl şəhər xəstəxanasında baş həkim olan 73 yaşlı Ramiq Məhərrəmovun Şuşanın azad edilməsi xəbərini necə ifadəolunmaz sevinc hissi ilə qarşılaması kimi məlumatlar əks olunub.

Bildirilib ki, ötən ilin 10 Noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasından Ermənistan Kəlbəcəri döyüşsüz geri qaytarmağa məcbur oldu, Lakin təəssüflər olsun ki, Azərbaycanın onlara vaxt verməsinə baxmayaraq şəhəri tərk edən ermənilər yaşadıqları evləri yandırır, yolları dağıdır və ağacları kəsərək təbiətə ciddi ziyan vururdular.

Şuşa sakini R.Meherremov Noyabrdakı atəşəkəs razılaşmasından sonra Şuşaya qısa bir səfər edə bilib, ancaq evinin və bir neçə qonşusunun evinin yerlə yeksan edildiyini görüb.

Keçən ilki qarşıdurma zamanı Azərbaycan silahlı qüvvələri Şuşa şəhərini azad edəndə mühüm strateji və simvolik bir qələbə qazandılar. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyi hesab edilir. 1990-cı illər müharibəsindən əvvəl Şuşa müsəlman azərbaycanlılar və xristian ermənilər tərəfindən istifadə olunan çoxəsrlik məscid və kilsələrin, mədəniyyət və memarlıq abidələrinin yerləşdiyi gözəlliyi ilə məşhur idi.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan Hökuməti işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa işlərinə artıq başlamışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu işlərə milyardlarla dollar vəsait ayıracağını açıqlamışdır.

https://news.kuwaittimes.net/website/for-azerbaijanis-displaced-by-war-a-chance-to-finally-go-home/

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı