"Ən böyük arzum Şuşaya və Kəlbəcərə getməkdir" Azər Qərib

Cəmiyyət 17:26 21.04.2021

Azər Qərib adı çəkiləndə ilk növbədə gözümüz önünə Azərbaycanın dilbər guşələrini, turizm potensialını təbliğ edən şəxs gəlir. Vaxtilə apardığı “Qərib Azəri” verilişi tamaşaçıların ən sevimli verilişlərindən idi.

Təəssüf ki, hazırda o veriliş də yoxdur. Ölkəmizdə tüğyan edən pandemiya isə turizmi də iflic halına salıb. Amma Azər Qərib ruhdan düşmür və turizmin bərpa olunacağı zamanı səbirsizliklə gözləyir. Ən böyük arzusu isə ötən il 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad edilmiş Şuşaya və Kəlbəcərə getməkdir.

Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin sədri, məşhur “Oralar” verilişinin aparıcısı Azər Qəribov Eurasia Diary-yə açıqlamasında həmin günü səbirsizliklə gözlədiyini deyib.

“Şuşada uşaq ikən olmuşam. İsa bulağına, Cıdır düzünə və ümumiyyətlə Şuşada görməli yerlərin hamısına getmək istərdim. Əminəm ki, Şuşa şəhər olaraq, Azərbaycanın mədəni paytaxtı olaraq, ən qısa zamanda dünyanın ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Bilirəm ki, bu baş tutacaq. Ələlxüsus, bilirsiniz ki, Füzulidə hava limanı tikilir. Qarabağda yeni otellər tikilir. Ümidvarıq ki, yaxın zamanlarda Şuşaya gedən magistral yol tikilib qurtarandan sonra hamımızın ora səfər etmək imkanı olacaq”, A.Qəribov söyləyib.

O, azad edilən ərazilərlə bağlı hansısa layihələrin olub-olmaması sualına cavabında, “layihə var, amma o barədə hələ danışmaq istəməzdim”, dedi.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsində nikbin olduğunu deyən bloqer, eyni zamanda çətinliklərdən də söz açıb: “Düzdür Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər kimi minalardan daha çox əziyyət çəkən və dağıntı görən rayonlarda turizmin inkişafından danışmaq bir qədər tezdir. Ancaq Şuşada bunu etmək mümkündür”. A.Qəribov rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən söz açıb. “Biz “Azərbaycan Turizm Bloqerləri Assosiasiyası” yaratmışıq.

Müharibədən sonra bizim hədəflərimiz bir qədər dəyişib. Hazırda hədəfimiz, bir nömrəli işimiz Azərbaycanda daxili turizmin inkişafına dəstək verməkdir. Əgər əvvəllər biz ikitərəfli istiqamətdə işləyirdiksə, fikirləşirdik ki, həm Azərbaycanı dünyada tanıtmaq, həm dünyanı Azərbaycana gətirmək, tanıtmaq lazımdırsa, hal-hazırda bir nömrəli məqsədimiz daxili turizmi dəstəkləməkdir. Çünki pandemiya zamanında turizm iqtisadiyyatın ən çox əziyyət çəkən sahələrindən biridir. Turizm dirçəldikcə insanların rifah halı da yaxşılaşacaq. Eyni zamanda, biz Azərbaycanı daha yaxşı tanımalıyıq. Ölkəmizin çox yerlərini gəzən, görən bir şəxs kimi deyirəm ki, Azərbaycanın hələ də tanımadığımız və kəşf ediləsi yerləri kifayət qədərdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Hamısı