Ağdamda Allahverdi Bağırovun doğum günü keçirilir "Onun ən böyük şah əsəri sağ qalan Xocalılardır"

Cəmiyyət 14:16 22.04.2021
Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür.
 
Moderator.az-ın əməkdaşı bu münasibətlə Ağdam döyüşçülərinin fikrini öyrənib. 
 
Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bu gün torpaqlarımızın işğaldan azad olunmasına şəhidlərimizin ruhunun sevindiyini bildirib:
 
“Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Təbii ki, işğalda olan torpaqlarımızın azad olunmasına ən çox sevinən şəhidlərimizin ruhudur. Çünki onlar bu vətən, torpaq üçün canlarını qurban verdilər. O cümlədən Azərbaycanın Milli Qəhrəmanı və səkərdəsi Allahverdi Bağırovun da ruhu şaddı. A.Bağırov Azərbaycan Ordusunun qurulmasında çox böyük xidməti olan bir neçə nəfərlərdən biridir. Onun çox böyük xidmətləri var. Əsir düşən Xocalı sakinlərinin azad edilməsində çox böyük xidmətləri olub. Hətta ən qısa müddətdə min nəfərdən çox insanımızı geri aldı. Təsadüfi deyil ki, A.Bağırov şəhid olandan sonra düşmən tərəfdə əsir qalan soydaşlarımızı geri almaq mümkün olmadı. Bu onun göstəricisi idi ki, A.Bağırovun nüfuzu təkcə Ağdamda deyil, Qarabağda, azərbaycanlıların və ermənilərin içindəki çox böyük rol oynayıb. Allah rəhmət eləsin. Bu gün onun doğum günüdür və yaşasaydı, torpaqlarımızın işğaldan azad edilməsini görərdi. İndi ruhən burdadır, onun məzarı artıq bizdədir, işğaldan azad edilib. Onunla bağlı danışmaq son dərəcə ağırdı”.
 
Birinci Qarabağ müharibəsinin döyüşçüsü Həsən Xəlilov qardaşının A.Bağırovun batalyonunda döyüşdüyünü bildirib:
 
“Qardaşım Allahverdi Bağırovun batalyonunda döyüşüb. Mən isə başqa batalyonda döyüşmüşəm. Qaldı ki, Ağdamda A.Bağırovu tanımayan insan yoxdur. Onun kimi vətənpərvər, qeyrətli oğullar tarixə yüz ildən bir gəlir. Allah şəhidlərimizə rəhmət eləsin, döyüşçülərimizə cansağlığı versin. Düşmən ondan çox çəkinirdi. Torpaqlarımızın işğalda qalması bir ləkəydi və bu gün həmin ləkəni qəhrəman oğullarımız təmizlədilər. Vaxtında biz də döyüşdük və heç birimizin günahı yox idi. Müharibədən əvvəl Allahverdi Ağdamda futbol klubunun yaradıcılarından biri olub. Biz ondan yaşca kiçik idik. A.Bağırov çox sayılıb-seçilən oğlan idi. Kişi kimi kişi idi. Bununla yanaşı, hamının da məsləhətinə qulaq asırdı. Amma vətən adı çəkiləndə bu onun üçün ən böyük  söz idi. Onun üçün öndə gələn vətən idi. Allah rəhmət eləsin. O cür insanın haqqında danışmaq bizim üçün şərəfdi”. 
 
Birinci Qarabağ döyüşçüsü Seyid Musayev Allahverdi Bağırovun əsl ad gününün bu gün olduğunu bildirib:
 
“Allahverdi Bağırov haqqında danışmaq şərəfdir. O, həqiqi qəhrəmanlara xas olan bütün keyfiyyətlərə malik idi. A.Bağırov çox abırlı, həddən artıq cəsarətli, ağıllı bir insan idi. Adətən cəsarətlə abır ikisi birlikdə bir adamda olmur. Onun ən böyük şah əsəri indi sağ qalan Xocalılardır. Əsir düşən Xocalı sakinlərini o, xilas edib. Onun heç vaxt siyasətə, hərbiyə marağı olmayıb. Sadəcə Ağdam dar gündə olanda o, buna məcbur olub. Son 20-30 ildən sonra deyərdim ki, onun əsl ad günü bu gündür. Çünki Ağdamda Allahverdinin azad ad günü keçirilir. Allah qəni-qəni rəhmət eləsin”.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı