Azər Qərib minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı petisiyaya qoşulmağa çağırdı

Cəmiyyət 17:44 23.04.2021

“Füzulidən mən böyük ürək ağrısı ilə qayıtmışdım, o yerləri görəndə düşmənə qarşı nifrət hissi bürüyür adamı”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Azərbaycan jurnalisti, bloqer, səyyah, Azərbaycan Turistlər Assosiasiyası İdarə heyətinin sədri Azər Qəribov Facebook hesabında paylaşıb.

“Hətta ən qəddar işğalçı ordular belə, işğal etdikləri ərazilərdə nəsə tikirdilər, quraşdırırdılar, yaradırdılar. Ermənistanı xarakterizə edən o oldu ki, 30 il ərzində o, işğal etdiyi Qarabağda heç nə yaratmadı, bir dənə də olsun bina tikmədi, əksinə, nə var idisə hamısını viran etdi, dağıtdı, oğurlayıb apardı. Lakin bu azmış kimi, Ermənistan işğal etdiyi ərazilərin hər qarışını minaladı. Digər xalqlar yerə ağac əkəndə ermənilər yerə minalar əkirdilər. Özü də ən vicdansız üsullarla, hərbi niyyətlə deyil, dinc adamları qırmaq niyyəti ilə - bulaq başında, əkin sahəsində, yolun qırağında, hətta dağıdılmış evlərin yanlarını da minalayıblar ki, evin sahibi olan azərbaycanlı qayıdanda minaya düşsün. Budur uydurulmuş mədəni tarixi ilə öyünən ölkənin əsl siması.

Bu gün Azərbaycan azad etdiyi ərazilərdə bərpa işlərini aparır, lakin bu işləri ləngidən məhz minalar problemidir. Ermənistan minalar xəritələrini verməkdən imtina edir, dünya isə buna susur. Əlbəttə, bərpa işləri istənilən halda davam etdiriləcək, bu torpaqlara həyat qayıdacaq və qayıdır, amma əgər Ermənistan həmin xəritələri versə, həm bizim işlərimiz sürətlənəcək, həm özlərini heç olmasa bir az sivil göstərə biləcəklər.

Bu, çox böyük problemdir, Qələbədən sonra 100 nəfərə yaxın insan minalara düşərək ya dünyasını dəyişib ya da yaralanıb, şikəst qalıb. Qarabağ minalarla zənginliyinə görə dünyada liderlər sırasındadır. Varmı bu vəhşiliyin izahı? Yoxdur.

Beynəlxalq Avrasiya Fondunda digər ictimai simalarla yanaşı mən də çağırış etdim, hamını petisiyaya imza atmağa çağırdım. İstəyimiz odur ki, dünya görsün, eşitsin, bilsin ki, biz inkişaf istəyirik, biz tərəqqi istəyirik, bizim məqsədimiz yaratmaqdır. Bunun üçün isə bizə minaların xəritələri lazımdır. Biz Qarabağı minalar cəhətdən deyil, dirçəliş sarıdan lider etmək istəyirik. Bilirəm, bəziləriniz "Əşşi, kimə lazımdır bu petisiyalar, kimdir onlara baxan" deyəcəksiniz. Amma mən bunları deyənlərlə razılaşmayacam. İstənilən halda bu, bir çağırışdır, bir ictimai etirazdır və nə qədər çox insan imza atsa, bir o qədər etirazın səsi çox eşidiləcək. Qoy verməsinlər xəritələri, ən azından dünyaya kimin kim olduğunu çatdıra biləcəyik. Bir dəqiqə vaxtınız gedəcək, atın imzanızı...

Petisiyanı imzalamaq üçün linkə daxil olun.

1

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Hamısı