İstəyərdim ki, bu il Şuşaya qalib bir xalq kimi gedək, ermənilərə göz dağı olsun Deputat

Cəmiyyət 14:32 07.05.2021

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.

2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli bəyanat imzalamağa razılaşdı. Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.

Düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad etsək də, tariximizi, ermənilərin başımıza gətirdiyi müsibətləri unuda bilmərik. Bu müsibətlər sırasında 1992-ci il, 8 may – Şuşanın işğal edildiyi tarix də var.

Bəs zəfər əhval-ruhiyyəsində olan Azərbaycan xalqı 8 mayı necə qeyd edəcək? 

Eurasia Dairiy xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Şuşanın deputatı Elman Məmmədov şəhərin işğal olunduğu günə “Əziz Şuşa! Sən azadsan!” sözləri ilə münasibət bildirib:   

“Biz tariximizi unutmamalıyıq.1992-ci il mayın 8-i Şuşanın ermənilər  tərəfindən işğal olunduğu gündür. Bu il isə biz Şuşanın işğal günündə cənab Prezidentin dediyi kimi söyləyirik ki, əziz Şuşa, sən azadsan! Şuşada, Bakıda, eləcə də ölkəmizin digər bölgələrində də işğal günü qeyd olunacaq. İşğal günündə qürurla dayanacağıq, çünki düşməndən intiqamımızı aldıq və Şuşamızı azad etdik.

Bu ərəfədə cənab prezidentin Şuşaya və digər ərazilərə səfəri ola bilər. Amma onsuz da, Ramazan bayramından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyevin Şuşaya səfəri gözlənilir. Ona görə, prezidentin 8 mayda Şuşaya gedib-getməyəcəyi haqqında fikir söyləyə bilmərik”.

Ermənilərin hər il Şuşanın işğal günündə orada “qələbə paradı” keçirdiklərini xatırladan deputat onlara bir daha dərs verməyin məqamı olduğunu düşünür:

“Mən Modern.az-a və digər xəbər saytlarına da bir neçə dəfə açıqlamamda qeyd etmişəm. İstəyərdim ki, bu il Şuşaya qalib bir xalq kimi gedək. Şəhidlərimizi də orada anaq. Bu da ermənilərə göz dağı olsun. Əlbəttə ki, bu mənim ürəyimdən keçənlərdir. Hər şey cənab prezidentin tapşırığı və rəhbərliyi ilə həyata keçirilir. Hər il biz Şəhidlər Xiyabanını ziyarət edirik. Bu il də pandemiyaya görə, kütləvi şəkildə olmasa da, kiçik qruplarla mütləq ziyarət edəcəyik”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı