Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub - FOTOLAR | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub - FOTOLAR

Cəmiyyət A- A A+

Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyindən Eurasia Diary-yə verilən məlumata görə,İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...