Bakı aeroportunda araşdırmalara başlanıldı | Eurasia Diary - ednews.net

23 İyun, Çərşənbə


Bakı aeroportunda araşdırmalara başlanıldı

Cəmiyyət A- A A+

Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalara başlanılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı məlumat yayıb.

Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:

“Bakı Hava Limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.

Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...