ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı | Eurasia Diary - ednews.net

25 İyul,


ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı

Cəmiyyət A- A A+

"Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir problem olaraq qaldığını göstərir".

Eurasia Diary xəbər verir ki, bunu ATƏT-in sədri, İsveçin xarici işlər naziri Ann Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində video bağlantı vasitəsi ilə cıxış edərkən bildirib.

"Beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həll üzrə danışıqları bərpa etmək, humanitar ehtiyacları və insan hüquqları məsələlərini həll etmək üçün tərəflər arasında gərginliyin azaldılması və dialoqun başlaması lazımdır" - A.Linde qeyd edib.

ATƏT sədri Rusiya, ABŞ və Fransanın təmsil etdiyi həmsədrlərlə ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmin olduğunu bildirib.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...