Həftəsonu ictimai nəqliyyat necə işləyəcək? - Açıqlandı | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Həftəsonu ictimai nəqliyyat necə işləyəcək? - Açıqlandı

Cəmiyyət A- A A+

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bu barədə Eurasia Diary-yə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verib.

Bildirilib ki, əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında Bakı metrosunun iyun ayı ərzində hər gün işləyəcəyi qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...