Daha bir hərbiçimiz göldə boğularaq həlak olub | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Daha bir hərbiçimiz göldə boğularaq həlak olub

Cəmiyyət A- A A+

Bu gün Laçın istiqamətində daha bir hərbi qulluqçumuz göldə boğularaq həlak olub.

Eurasia Diary xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, həlak olan 2001-ci il doğumlu İsmayıllı rayonu, Quşencə kənd sakini əsgər Nicat Eynulla oğlu Əkbərovdur.

O,Vətən müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu, kapitan İlham Allahverdi oğlu Fərzəliyev göldə çimərkən boğularaq həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...