Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer açıqlandı | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer açıqlandı

Cəmiyyət A- A A+

Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayevin və bəstəkar Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan Xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu heykəlin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucaldılması nəzərdə tutulur.

Eyni zamanda, “Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2021-ci il tarixli 2654 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə paytaxtda, keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...