Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocalı rayonu ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsinin açılışı olub.
Hərbi hissənin xidməti otaqları kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...