Bu gün səhər saat 08:00-dan etibarən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan "Aİ-95" premium benzin 1,45 manata satılmağa başlanılıb.
EDNews.net xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, bunun səbəbi "Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədardır:
"Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.
Xatırladaq ki, dəyişikliyə qədər “Aİ-95” premium markalı benzinin qiyməti 1,40 manat idi.