Azərbaycanda 20 gündür ki, Aİ-98 markalı benzin satılmır.
EDNews.net xəbər verir ki, bunu "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib. Onun sözlərinə görə, Aİ-98 markalı benzin Rumıniyadan idxal edilir, bunda nəqliyyat çətinliyi var: "Artıq Gürcüstandan Aİ-98 benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq".