Tarixdə bu gün Azərbaycan Hərbi Donanması Günüdür | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Tarixdə bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Cəmiyyət A- A A+

Avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Donanması Günüdür.

EDNews.net xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi daxil idi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi.

Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb.

İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Məktəb 1999-cu ildən etibarən NATO standartlarına uyğun tədris proqramına uyğun olaraq 5 hərbi ixtisas üzrə kadrlar hazırlayır.

Azərbaycanın Hərbi Donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın Hərbi Dəniz Donanması hazırda ən müasir hərbi texnika ilə təchiz olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...