Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - VİDEO | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - VİDEO

Cəmiyyət A- A A+

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

EDNews.net-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, mütəmadi olaraq FHN-in “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında, liftdə və s. məkanlarda köməksiz və ya təhlükəli vəziyyətdə qalmaları barədə məlumatlar daxil olur.

Qeyd olunub ki, nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, balacaların müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...