Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək olub Umayra Tağıyeva

Cəmiyyət 11:49 24.09.2021

“2021-ci ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb”.

EDNews.net-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O deyib ki, misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını qeyd etmək olar: “Elə bircə bu fakt iqlim dəyişmələrinin təzadlı olmasını göstərir. Qısa müddətdə biz Respublika üzrə 6 dəfə dolu hadisəsinin, leysan xarakterli güclü yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Talaçay-Zaqatala, Balakənçay-Balakən, Əyriçay-Baş Daşağıl məntəqələrindən, Lənkərançay-Sifidor məntəqəsindən, Katexçaydan keçən qısamüddətli sel hadisələrinin şahidi olmuşuq”.

Xidmət rəisi qeyd edib ki, ümumilikdə Bakıda havanın orta sutkalıq temperaturu 24.5 dərəcə isti təşkil edib ki, bu da normadan 1.7 dərəcə yüksəkdir. Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək (1.0-5.5 dərəcə), 4 gün isə normadan aşağı olub. Bakıda əsasən şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 28 m/s–dək çatıb.

“Çoxillik meteoroloji müşahidələrə görə, sentyabr ayı üzrə ən isti hava Bakıda 2003-cü ilin sentyabrın 1-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 37.6 dərəcə isti olub. Sentyabr ayı üzrə ən soyuq hava isə 1956-cı il sentyabrın 26-da Bakıda qeydə alınıb. Həmin tarixdə havanın minimal temperaturu 6.9 dərəcə isti olub.

Ölkə ərazisində yağıntılar ay ərzində qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 23, Qazax-Gəncə zonasında 45, Zaqatalada 134, Balakəndə 175, Mərkəzi Aran zonasında 17, Lənkəran-Astara zonasında 110 faizini təşkil edib”.

Xidmət rəsmisi atmosfer havasının keyfiyyətinin monitorinqinin Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Səbail inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyini qeyd edib: “Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb. Sentyabrın I ongünlüyündə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.7, dəm qazı isə 1.1 dəfə, II ongünlükdə isə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.5, dəm qazı 1,1 dəfə yüksək müəyyən edilib.

Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, azot, karbon və kükürd oksidlərinin, eləcə də, PM10 dirspers tozun və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb.

Mütəxəssislərin rəyinə görə, atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normaya uyğun olmasına səbəb son zamanlar Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin ekoloji normalara riayət etmələri, nəqliyyat vasitələrinin hərəkətinin bir qədər azalması və bəzi ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı olub”.

Xidmət rəisinin sözlərinə görə, bu ilin sentyabr ayında transsərhəd gətirmələrin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. Eləcə də, şimal, şimal-qərb küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı