Umud Mirzəyev işğaldan azad edilmiş evində İşğalın son günü

Cəmiyyət 11:00 27.09.2021

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündə qəhrəman döyüşçülərimizin ilk azad etdiyi ərazilərimizdən biri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin doğma kəndi olan Aşağı Əbdürrəhmanlı olub. Kənd erməni işğalçılarından sentyabrın 27-si saat 11 radələrində azad edilib.

Eurasia Diary-nin məlumatına görə, kənd təmas xəttində yerləşib. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1994-cü il yanvar ayında Horadiz əməliyyatı nəticəsində kəndin bir hissəsi işğaldan azad edilib. Digər hissəsi isə erməni işğalçılarının nəzarətində qalıb. O zaman burada ən böyük qanlı döyüşlər gedib. Ermənilər kənddəki bütün evləri yandırıblar. Kənd camaatının böyük əksəriyyəti evlərindən heç nə çıxara bilməyib. Məktəb, mədəniyyət evi tamamilə dağıdılıb.

Bu il martın 18-də bir qrup litvalı jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Füzuliyə səfər edib. Tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis əslən Aşağı Əbdürrəhmanlıdan olan BAMF Prezidenti Umud Mirzəyevlə onun dağıntılara məruz qalmış ata yurdu önündə söhbət edib. Aşağı Əbdürrəhmanlının azad edildiyi gün müsahibəni yenidən təqdim edirik:

Riçardas Lapaitis: “Umud müəllim, siz uzun illər məcburi köçkün həyatı yaşamısınız. Qonşu erməni millətçiləri bu torpağı işğal etdikləri üçün buradan getmək məcbur qalmısınız. Bu gün biz həmin işğalın qalıqlarını görürük. Üstəlik, sizin doğma eviniz də burada yerləşir. 30 ildən sonra böyüdüyünüz, ata-ananızın yaşadığı bu evə qayıdarkən nə düşünürsüz? Dağıdılmış məzarlara və sizə doğma olan bu müqəddəs daşlara baxanda hansı hissləri keçirirsiz?”

Umud Mirzəyev: “Bunlara baxmaq kədərlidir və çox ağrılıdır. Siz qonşular dediniz, biz əlbəttə qonşu olmuşuq. Lakin Ağdam və Füzuli rayonlarında gördüklərimiz... Mənim kəndim qonşu dövlətdən çox uzaqda yerləşir. Ermənistan sərhədindən buraya qədər gəlmək üçün ən azı 3-4 saat vaxt lazımdır. Bu ağlasığmazdır. Onlar bu qədərmi ağıllarını itiriblər? Yaxşı, işğal etmisiniz, cəhənnəm. Daha daşları, qəbiristanlığı, ölüləri, arxitektura abidələrini bu cür təhqir etmək nəyə lazım idi? Bu evi yandırmaq axı nəyə lazımdır? Niyə? Bunu anlamaqda çətinlik çəkirəm. Siz problemin yarandığı ilk günlərdən xəbərdar olmusunuz. Xocalı faciəsinin canlı şahidisiniz”.

R. Lapaitis: “Mən və jurnalist həmkarlarım Bakıda tez-tez olurduq, valideynləriniz bu gözəl yerdən “yad” bir şəhərə gələrək uşaqları ilə məcburi köçkün həyatı sürüblər, sıfırdan başlayıblar. Biz görürük bura necə ev olub. Yadımdadır, sizinlə o vaxt valideynlərinizin evinə gedəndə dediniz ki, indi onlar ən çətin sualı verəcək. Sizin atanız soruşdu: “Nə vaxt evimizə qayıdacağıq?” Üzünüzün ifadəsi yadımdadır. Ona baxaraq Azərbaycan dilində nə söz verdiniz? Özünüz də dediyiniz kimi ən çətin suala siz o vaxt nə cavab verdiniz?”

U. Mirzəyev: “Həqiqətən də bu ən çətin sual idi. Atam hər dəfə məni görəndə bu sualı verirdi. Deyirdim az qalıb, sülh danışıqları gedir. Təəssüf ki, arzusu ürəyində qalaraq köçdü bu dünyadan. Ölüm ayağında anamdan və qardaşımdan istədi ki, onu heç olmasa bizim Aşağı Əbdürrəhmanlı kəndində dəfn edək. 2016-cı ildə dekabrın 7-də vəfat etdi. Ayın 8-i axşam saat səkkizdə hərbçilərimizin köməyilə və telefon işığında onu burada dəfn etdik”.

R. Lapaitis: “Onun məzarını ziyarət etdik. Mən atanızı şəxsən tanıyırdım. Ruhu şad olsun. Şükürlər olsun ki, ananız sağdır. Atanızın məzarını ziyarət edəndə gördüm ki, bir çox məzar daşlarında insanların şəklində başı güllələnib və ya gözü ovulub. Litvalı həmkarlarım soruşdu ki, bu necə olur axı? Hə dedim, məzarlıq müqəddəsdir. Amma biləsiniz ki, bu hərəkəti canlı insanlara da ediblər. Cəsədlərin şəklini çəkirdilər. 1992, 1993, 1994-cü illərdə gözü ovulmuş insanları gətirirdilər. 1992-ci ildə Xocalıda gözü ovulmuş cəsədləri gətirirdilər. Biz isə çəkirdik. Aralarında hətta sağ olanları da vardı. Həmkarım soruşur ki, niyə bunu edirdilər? Mən də özümə bu sualı vermişəm. Soruşuram niyə cəsədlərin gözlərini ovurlar?”

U. Mirzəyev: “Bu sualın cavabı yoxdur. Ağlasığmaz və əzabvericidir. Böyük hərflərlə bəşəriyyət üçün utancverici hərəkətdir. Təkcə mənim kəndimdə yox, hər yerdə ediblər. Əvvəllər düşünürdüm ki, bəlkə mənim kəndimə hansısa fərqli separatçılar gəliblər. Amma Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Şuşa... Yəni hər yerdə vəziyyət eynidir. Sadəcə bu dəhşətli ideologiyanı dayandırmaq lazımdır. Bəzən sual edirəm, müharibə olmasaydı bu bölgə necə də rifah içində olardı. İndisə hər yerdə istehkamlar, hər yerdə hərbi texnika var, 30 il insanlar bu sərvətdən istifadə etməyib. Onlar isə sadəcə gəlib tar-mar ediblər, hansısa maraq naminə dağıdıb satıblar. Ya da bundan zövq alıblar”.

R. Lapaitis: “Umud müəllim, sizin həyatınızdakı bu vacib məqamdan sonra doğma Aşağı Əbdürrəhmanlının gələcəyini necə görürsünüz? Təkcə sizin evi soruşmuram. Qəbiristanlıqda qəbirləri göstərib deyirdiniz ki, burada mənim müəlliməm yatır, bura dayımın qəbridir. Kəndi bərpa etmək mümkün olacaq? Çünki mən ancaq dağıntılar və barbarlıq görürəm.  

U. Mirzəyev: “Siz bayaq gördünüz, kəhrizi bərpa edirik. Tezliklə işləri başa çatdıracağıq. 17 quyu qazmışıq. Tezliklə başa çatdıracağıq. Bu evi də bərpa edəcəyik. Bu evlə bizi çox şey bağlayır. Əgər əlimizdə qalanları da itirsək, bu bizimçün ikinci zərbə olacaq. Biz çalışırıq ki, hər bir sakin qayıtsın və evini bərpa etsin. Bəlkə də evinin qalıqlarını sökəcək və əvvəlki yerində yenisini tikəcək. Təbii ki, dövlətin köməyinə ehtiyac var. Dövlət bu işdə maraqlıdır və kömək edəcək. Kəndimizin ziyalıları bərpa işlərində iştirak edəcək. İnşaAllah işlər başa çatanda sizi xüsusi olaraq dəvət edəcəyik və fəxri vətəndaşımız olacaqsız. Burada sizinlə birgə olan Arunas, Mantas və biz birlikdə xeyirxah iş görürük. Bizim yaxşı reportajlarımız, filmimiz olacaq. Ümid edirəm ki, bu səfərlə bağlı hər şey yaxşı olacaq“.

R. Lapaitis: “İnanırıq və ümid edirik ki, burda hər şey yaxşı olacaq”.

1
 
1
 
1
 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı