Elnur Əşrəfoğlu 23 il əvvəl... - Onu Azərbaycana tanıdan veriliş - VİDEO - ednews.net

30 Noyabr, Çərşənbə axşamı

Elnur Əşrəfoğlu 23 il əvvəl... - Onu Azərbaycana tanıdan veriliş - VİDEO

Cəmiyyət A- A A+

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun koronavirusdan dünyasını dəyişməsindən sonra  yaxınları, dostları və tanışları sosial şəbəkədə onunla bağlı xatirələrini bölüşürlər.

EDNews.net-in məlumatına görə, Elnur Əşrəfoğlu daha çox 1994-cü ildə AZTV-də müəllifi olduğu “Sport Daycest” əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb.

Bu məqamda 47 yaşında dünyasını dəyişən jurnalistin müəllifi olduğu “Sport Daycest” verilişinin 23 il əvvəlki buraxılışlarından birini təqdim edirik. Sözügedən buraxılış 1998-ci ildə çəkilib və burada Fransada keçirilən futbol üzrə dünya çempionatından bəhs edilib.

Bu mundialı canlı izləyənlər arasında Azərbaycan millisinin sabiq kapitanı, hazırda isə “Zirə” futbol klubunun baş məşqçisi olan Rəşad Sadıqov da var. Həmin vaxt yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü olan R.Sadıqov Bakıda keçirilən mini-futbol turnirinin ən yaxşı oyunçusu kimi yarışın sponsoru tərəfindən Fransaya göndərilib. O, yarış ərəfəsində Elnur Əşrəfoğlunun müəllifi olduğu “Sport Daycest”ə danışmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...