“Dostluq” ordeni alan Arye Qut "Bu mənim üzərimə daha böyük məsuliyyət qoyur"

Cəmiyyət 17:54 22.10.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılan israilli jurnalist, politoloq, tanınmış ictimai-siyasi fəal Arye Quta ötən gün mükafat təqdim olunub. O, bu yüksək ordenlə dövlət başçısının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında 22 iyul 2020-ci tarixli Sərəncamına əsasən təltif edilib.

Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır. 2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002-2009-cu illər ərzində Arye Qut tanınmış “GİLRO LTD” İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. 2007- 2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində işləyib. Bununla yanaşı, Arye Qut İsrail-Türkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda, İsrailin dövlət radiosunda “Radio Reka” (rus dilində), “Reşet Bet” (ivrit dilində) və İsrailin 9 və 10 televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edir.

Arye Qut həmçinin İsrailin hərbi sənaye kompleksində çalışır və bu strukturda post-Sovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunur. Eyni zamanda İsrailin Müdafiə Nazirliyində Arye Qut siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəssislərdən biri hesab olunur. Arye Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edir. O, Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir. 2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, jurnalist Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. Vaxtilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.

Arye Qut təkcə keçən 4 il ərzində dünyanın ən nüfuzlu ingilisdilli qəzet və jurnallarında, aparıcı xəbər portallarında Azərbaycana erməni təcavüzü ilə bağlı 50-dən yuxarı yazı yazıb. Məhz onun sayəsində İsrailin və dünyanın yəhudi əsilli jurnalistlərinin böyük əksəriyyəti Azərbaycanın haqq səsinin dünyaya yayılmasına dəstək olur.

Arye Qutun Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevlə yaxın dostluq əlaqələri var. Bakıya səfəri zamanı mütləq BAMF ofisinə baş çəkən Qut, İkinci Qarabağ müharibəsindən öncə və sonra dəfələrlə Umud Mirzəyevlə birgə Qarabağda olub. O, həmçinin EDNews.net-in siyasi şərhçisi kimi də çıxış edir.

Arye Qut nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi olmaqla yanaşı, məqalələri “Maariv”, “Makor Rişon”, “Ha-Aretz” qəzetlərində və başqa nəşrlərdə çap olunur. O, Ermənistan-Azərbaycan münaqişəsi haqqında, Azərbaycan haqqında, onun qədim mədəniyyəti, tolerantlıq ənənələri, Azərbaycan multikulturalizm modeli haqqında İsrail televiziyasının birbaşa efirində xatırlatmaq üçün hər bir nəşrdən, hər bir imkandan istifadə etməyə çalışır. O, öz ölkəsinin media aləmində tanınmış şəxslərini – jurnalistləri, yazıçıları, deputatları, ictimai xadimləri Azərbaycana gətirir, onlar Bakıda və regionlarda keçirilən ən müxtəlif mədəni-humanitar aksiyalarda iştirak edirlər. 

Bundan öncə Arye Qutun xidmətləri ona Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Fəxri Fərmanın təqdim olunması ilə də qeyd edilib. İlham Əliyev bu diplomu çox nadir hallarda təqdim edir və o vaxta qədər bu diplom əcnəbi şəxslərə verilməyib. 2014-cü ildə Bakıda keçirilən humanitar forumda Arye Qut Azərbaycan Prezidenti İlham Əliyevlə dialoq zamanı ölkə başçısı ona “Arye, mən sizi yaxşı tanıyıram, sizin analitik məqalələrinizi tez-tez oxuyuram. Düzgün və ədalətli mövqe tutduğunuza görə sağ olun” deyə bildirib.

Dostluq ordeni ilə təltif olunan Arye Qut öz hislərini EDNews-la bölüşüb.

“Təbii ki, bu orden mənim üçün böyük fəxr və məsuliyyətdir. Fəxrdir ona görə ki, mən doğma vətənim Azərbaycan üçün gördüyüm işlərə görə mükafatlandırılmışam. Və bu mükafata məni Azərbaycan Prezidenti cənab İlham Əliyev layiq görüb. Bu həm də Azərbaycan Prezidentinin mənə olan dəstəyini nümayiş etdirir. Deməli, gördüyümüz işlər, çəkdiyimiz əziyyətlər boşuna deyil və biz də az və ya çox dərəcə vətənimiz üçün çalışmışıq və fəaliyyətimiz ən ali səviyyədə qiymətləndirilib.

Mən eyni zamanda, Umud Mirzəyevə də təşəkkür etmək istəyirəm. Bilirəm ki. mənim "Dostluq" ordeninə təqdimatımda BAMF prezidentinin də böyük rolu olub. Bundan əlavə, onu da qeyd etmək istəyirəm ki, mən Qarabağa elə-belə getməmişəm. Mənim bölgəyə ilk səfərimi də məhz Umud Mirzəyev təşkil edib. 

Həmçinin, “Dostluq” ordeni ilə təltif olunmaq mənim üzərimə böyük bir məsuliyyət yükləyir. Çünki bundan sonra bu ordeni almış biri kimi Azərbaycan üçün ikiqat artıq çalışmalıyam. Mən həmişə çalışmışam ki, hər yerdə Azərbaycanın problemlərini qaldırım və doğma vətənim üçün əlimdən gələni edim. Mənim mətbuatdakı bütün fəaliyyətim boyu Qarabağ problemi, Xocalı soyqırımı, qaçqın və məcburi köçkünlərin həyatı ön xətdə olub. Və bu xətt davam edəcək!"

Beynəlxalq Avrasiya Mətbuat Fondu Arye Qutu “Dostluq” ordeninin təqdim edilməsi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzu edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Hamısı