İşdən qovuldu, teatra həsrətlə baxdı, qızının qucağında can verdi İnanılmaz faktlar...

Cəmiyyət 20:49 01.11.2021
Bu gün aktyor, Əməkdar artist Telman Əliyevin doğum günüdür.
 
EDNews.net Kulis.az-a istinadla bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
 
Telman Rüstəm oğlu Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol alır.
 
***
Aktyor Zemfira adlı xanımla ailə həyatı qurur. Onların Vüqar adlı oğlu, Mətanət adlı qızları dünyaya gəlir. Daha sonra Hacıbaba Bağırovun və Səyavuş Aslanın təkidi ilə aktyor Bakı şəhərinə köçüb Musiqili Komediya teatrında işə düzəlir.


Əməkdar artist Telman Əliyev

Telman Əliyev 2000-ci ildə Xalq artisti Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilir. “Aydın”, “Ədirnə fəthi”, “Poçt şöbəsində xəyal”, “Bu dünyanın adamları”, “Fedra”, “Varlı qadın”, “Ölülər”, “Generalın son əmri” kimi tamaşalarda yadda qalan obrazlar ifa edib.

***

1989-cu ildə Əməkdar artist adını alan aktyor daha çox 2012-ci ildə ekranlara çıxan “Ağabəyovlar” serialındakı ata obrazı ilə məşhurluq qazanıb.
“Axınla aşağı”, “Cavad xan”, “Şeytan göz qabağında”, “Təlatüm”, “Yalan” kimi filmlərə çəkilib.

***

Əməkdar artist Telman Əliyev Akademik Milli Dram Teatrının direktoru göstərişi ilə uzun illər işlədiyi teatrdan çıxarılır. Onun işdən çıxarılmasına isə aktyor dostlarından Nurəddin Mehdixanlı, Füzuli Hüseynov etiraz ediblər.

Aktyorun oğlu müğənni Vüqar Əliyev atası haqqında danışarkən deyir:

“Mənim atam əməkdar artist, şərəf ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda aktyorların heç biri səsini çıxartmadı. Amma mənim istedadlı aktyor olan atam teatrın qabağında çayxanada oturub, 2 il teatra həsrətlə baxırdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atamın savadı və aktyorluğuna heç kim çata bilməzdi. Atama haqsızlıq olunanda susdunuz... Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz”.

4 iyul 2017-ci ildə 69 yaşlı aktyor Telman Əliyev ürək çatışmazlığından vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunur.

***

Aktyorun qızı həmin günü belə xatırlayır:

“Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında eləsin”.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı