Sabahdan hava şəraiti sabitləşəcək - ednews.net

17 Yanvar, Bazar ertəsi

Sabahdan hava şəraiti sabitləşəcək

Cəmiyyət A- A A+

“Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb”.

Bunu EDNews.net-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti bəzi rayonlarda 24-28 metr, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 metrədək güclənib. Güclü külək nəticəsində Neft daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb: "Güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq. Bölgələrdə də yağıntılı, küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Noyabrın 17-si səhər saatlarından bölgələrdə də eləcə də paytaxta hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...