Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1617 yeni yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 584121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549333 nəfər müalicə olunaraq sağalıb, 7789 nəfər vəfat edib, aktiv xəstə sayı 26999 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11982, ötən müddət ərzində isə ümumilikdə 5509701 test aparılıb.