Milli Qəhrəmanın anası “Ondan sonra özümü öldürmək istəyirdim, amma oğlum dedi ki…”

Cəmiyyət 22:15 29.11.2021
Bu gün Milli Qəhrəman Yuri Kovalyovun doğum gündür.
 
EDNews.net bildirir ki, bu gün münasibətilə Milli Qəhrəmanın anası Larisa xanımın illər öncə Moderator.az-a verdiyi müsahibəsini təkrar yayımlayırıq. 
 
Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan qəhrəman oğullarımızdan bir də Milli Qəhrəman Yuri Kovalyovdur.
 
Yuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1972-ci ildə ailəsilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 il orada yaşadıqdan sonra Bakıya qayıtmışdı. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbə daxil olub. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub.
 
1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD “OMON” sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər omonçu dostları ”“ Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ”ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yuri həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər “UAZ”a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.
 
 
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 5 iyun 1992-ci ildə Yuri Kovalyov Azərbaycan Respublikasının Milli Qəhrəmanı elan edilir.
 
Bu gün elə biz də Yurini xatırlayıb onun haqda bir yazı hazırlamaq qərarına gəldik. İlk olaraq yolumuzu Yurinin oxuduğu və hal-hazırda onun adını daşıyan Nizami rayon 229 saylı məktəbə yollandıq. Bizi məktəbin direktoru Fəridə xanım Bağırova qarşıladı. Otaqlardakı Yuriylə bağlı rəsmlərlə bizi tanış etdi. Onu da qeyd etdi ki, Yuri Kovalyov adı onlara çox əziz addır və onlar Yurini həmişə məktəb tədbirlərində yad edirlər. Sonra Yurinin ailəsi ilə görüşmək istədik və telefon əlaqəsi saxlayıb anası Larisa xanımla görüşmək üçün iş yerinə yollandıq. Onunla iş yerində görüşdük və bizi öz iş otağına dəvət etdi.  Söhbətimizə də elə lap öncələrdən başladıq. O, günləri Larisa xanım belə xatırlayır...
 
“Yurinin atası azərbaycanlıdır...”
 
“Əslimiz elə buralıdı. Bizim nəsilimiz hardasa 400 il bundan əvvəl Azərbaycana gəlib. İlk olaraq Sabirabad rayonunda yaşayıblar. Elə mən də orada doğulmuşam. Atam rəhmətə gedəndən sonra anamgil Göyçay rayonuna gəliblər. Yurigil iki qardaş olublar. İkinci oğlumun adı Vitalikdi. Neftçi futbol komandasında qapıçı olub. İndi trener işləyir. Yuri də Göyçayda anadan olub. Yuranın atası azərbaycanlı idi. Göyçayda yaşayır. Yuri gizir idi. Əsgərlikdən gəldikdən sonra oxumuşdu.
 
 
“Krasnodarda yaşaya bilmədik...”
 
1972-ci ildə Rusiyanın Krasnodar şəhərinə köçdük. Beş il orada yaşadıq, amma buna yaşamaq demək olardısa. Krasnodarda yaşamaq bizi çox sıxdı və biz geri qayıtdıq. Ümumiyyətlə, mən Azərbaycandan başqa heç yerdə yaşaya bilmirəm.
 
“Yurinin hamı üçün ürəyi yanırdı...”
 
Neçə dəfə ona deyirdim ki, Yuri belə olmaz. O, da deyirdi ki, sən öyrətmisən də məni belə olmağı, indi niyə qəbul edə bilmirsən? N.Nərimanov metrosunun yanında qızı müdafiə etdiyi üçün onu bir neçə nəfər döymüşdü. Hətta polis şöbəsinə belə aparmışdılar. Sonradan biz bunlardan xəbər tutduq.
 
“Ad günündə tanış oldu...”
 
 
Yuri əsgərlikdən təzə gəlmişdi. Həyat yoldaşı Tamara iş yoldaşımın qızıdı. Bizdə ad günü olanda tanış olmuşdular və sonra da evləndilər. İki qızları dünyaya gəldi. Yuliya və Regina. İndi Yuri artıq babadır, onun Cəmil adında bir nəvəsi də var...
 
“İstədim çağırış vərəqəsini ondan gizlədəm...”
 
Qarabağ müharibəsi başlayanda Yuriyə də çağırış vərəqəsi gəlmişdi. İstədim gizlədim. Amma, sonra fikirləşdim ki, bilsə evi dağıdacaq. Çünki, onun xasiyyətini bilirdim. Yuri evə gələndən sonra çağırış vərəqəsini ona təqdim etdim və bu onu çox böyük sevinc hissiylə qəbul elədi. Elə ilk olaraq Ağdam istiqamətində döyüşlərə başladı. Amma çox qorxurdum. Tez-tez evə zəng edib hər şeyin yaxşı olduğunu deyəndə, bir az ürəyim sakitləşirdi. Yuri Çingiz Mustafayevlə yaxın dost olub. Müharibədə bir yerdə olublar.
 
“Vertolyotdan düşüb qışqırdı...”
 
Sonra onu görmək üçün Gəncə şəhərinə getdim. Dedilər ki, indi gələcək. Yuri vertolyotdan düşən kimi məni görüb qışqırdı ki, “ana, niyə gəlmisən? Sonra gəldi görüşdük. Məni bağrına basdı.(Ağlayır). Dedi ki, “bağışla ki, bu sözü sənə dedim. Dedim ki, Yuri, bəsdir bu qədər döyüşdün. Gedək evə, artıq uşaqlara baxa bilmirəm. Hər şey mənim üstümə düşür. Dedi ki, “tezliklə qayıdacam ana, narahat olma”.
 
“İkinci dəfə ailəsini yanına apardım..."
 
 
Yurini evə gətirmək heç cür mümkün deyildi. Ona görə də 1991-ci ilin yayı onun yanına həyat yoldaşı və iki körpə qızıyla getdik. Çaykəndə getdik və bizi Yuriylə görüşdürdülər. Yuri yol boyu döyüş yerlərini mənə göstərdikcə ürəyim titrəyirdi. Bu dəfə onu evə gətirə bildik. Komandiri icazə verdi ki, Yuri bizimlə evə gəlsin. Bir neçə gün qaldı evdə və sonra yenə geri qayıtdı.
 
“Dedi ki, mən insanların tikələrini yerdən yığmaqdan gəlirəm...”
 
Bir neçə vaxtdan sonra gördük ki, qapı döyülür. Qapını açdıq ki, Yuri gəlib. Üstündən bir neçə silah da asmışdı. Doğrusu biz qorxduq. Mən yenə buna dedim ki, bəsdir də oğul, qayıt evə. Bunu demişdim ki, Yuri öz otaqlarına daxil olub otaqda nə var hamısını dağıdıb tökdü. İstədim yaxınlaşam, qışqırdı ki, yaxınlaşmayın mənə. Oturub ağladı.(Ağlayır). Sonra dedi ki, “mən insanların tikələrini yerdən yığmaqdan gəlirəm. Sonra maşını minib Zabrat qəsəbəsinə getdi, dedi ki, silah aparmaq üçün gəlmişəm. Zabratdan maşınına silah doldurub yola düşdü.
 
 
“Onlardan biri cavab verdi ki, Yuri yoxdu...”
 
1 oktyabrda elə bil mənə nəsə olmuşdu. Yuri dilimdən düşmürdü və hara çatırdım öz-özümə danışırdım. Ayın 2-də, axşam evə gəlib divanda oturub donub qalmışdım. Boğazımdan heç nə keçmirdi. Tamara neçə dəfə dedi ki, heç olmasa çay iç, onu da istəmədim. Ayın üçü tezdən gördüm ki, qapı döyülür və bu Yuri deyil. Çünki, onun özünü qapı döyməyi var idi, o gələndə bilirdik ki, Yuridi. Qapını açdıq və gördüm ki, bir neçə döyüşçü yoldaşlarıdı. Mən onlardan soruşdum ki, Yuri hardadı? Onlar susdular. İkinci dəfə soruşdum ki, Yuri hardadı? Onlardan biri cavab verdi ki, “Yuri yoxdur”.(Ağlayır).
 
Yurini dəfn edəndə millət var idi. İynə atsaydın yerə düşməzdi. Yurini birinci Nizami rayonunda qəbiristanlıqda dəfn elədik. Altı ay sonra bizə Cavad adında bir adam gəlib bu təklifi irəli sürdü ki, Yuri Şəhidlər Xiyabanında dəfn olunmalıdır. Bütün hamısını Cavad elədi, sağ olsun.
 
Yuridən sonra məndə intihar etmək istədim. Fikirləşirdim ki, özümü körpüdən atam. Kiçik oğlum Vitalik dedi ki, ana, səndə öləndən sonra biz neyləyəcəyik? Sonra fikirləşdim ki, düz deyir, uşaqları yerbəyer etmək lazımdı. Ümummilli lider Heydər Əliyevlə görüşdüm. Yurinin ailəsinə ev lazım olduğunu dedim. O, da göstəriş verdi və üç günə Yurinin ailəsinə ev verdilər. Hər şeyə görə təşəkkür edirəm. Söz yox ki, Yuri şəhid oldu. Amma bu gün onun haqda hamı danışır və bizim ailəyə xüsusi hörmət edirlər. Sizdə sağ olun bizimlə görüşdünüz.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Hamısı