Gənclər və İdman Nazirliyində köklü dəyişiklik baş verib - Nazir müavinləri işdən çıxarılıb - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Gənclər və İdman Nazirliyində köklü dəyişiklik baş verib - Nazir müavinləri işdən çıxarılıb

Cəmiyyət A- A A+

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

EDNews.net xəbər verir ki, bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...